Qafqazda yəhudi həyatı və mədəniyyətinə dair RESURSLAR TOPLUSU

Centropa arxivindən seçilmiş mətnlər və fotoşəkillərlə Gürcüstan və Azərbaycandan olan təhsil işçiləri üçün

Centropa Azərbaycan və Gürcüstandan olan layihə tərəfdaşları ilə əməkdaşlıq edərək “Qafqazda yəhudi tarixini xatırlarkən” layihəsi çərçivəsində təhsil işçiləri üçün resurs kolleksiyası hazırlayıb.

Kolleksiyada Centropa bioqrafik materialları, gürcü və Azərbaycan siniflərində istifadə olunmaq üçün tarixi kontekst təqdim olunur. Burada Gürcüstan və Azərbaycana xüsusi diqqət yetirilməklə Qafqazın yəhudi tarixinə tarixi giriş, həmçinin Avropada antisemitizm tarixi, Holokost və onun Qafqaz regionunda nəticələri, əsasən avropalı yəhudilərin Şərqə təxliyyəsi ilə bağlı mətn var. Qafqaza qaçış təcrübəsi yaşamış Centropa müsahiblərinin bioqrafik hekayələri Qafqaz tarixinin bu hissəsi haqqında şəxsi təsəvvür yaradır.

İosif Lazareviç Raitsix 1926-cı ildə (İstinad: Centropa) 

Resurslar toplusunu burada yükləyə bilərsiniz İngilis dilində Azərbaycan dilində . Tezliklə gürcü dilində də hazır olacaq.