Qafqazda yəhudi tarixini xatırlarkən

Teacher training seminar in Kutaisi, Georgia, October 2022

Centropa ilk dəfə olaraq 2023-cü ilin mart ayında Azərbaycanda, Bakıda müəllim hazırlığı seminarı keçirəcək. Azərbaycanın paytaxtı Bakıda keçirilən seminar Azərbaycan, Gürcüstan və Almaniyadan olan təhsil işçilərini yəhudi irsi və Qafqazın indiki həyatı ilə tanış olmağa, həmçinin Centropa resurslarından istifadə etməklə yəhudi tarixinə dair öz tədris materiallarını hazırlamağa dəvət edir.

Seminar Azərbaycandakı yerli tərəfdaşımız Resource HUB ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. 3 gün davam edəcək seminarda iştirakçılar Centropa-nın işi və onun tədris materialları, eləcə də Azərbaycanla bağlı resursları ilə tanış ola biləcəklər: Centropa müsahiblərinin çoxunun ölkə ilə ailə əlaqələri var. Bələdçi ilə şəhər turunda iştirakçılar Bakının yəhudi tarixi ilə tanış olacaqlar. Сümə günü axşam qrup xidmətlər üçün Bakı sinaqoquna qatılacaq. Seminarın son günündə iştirakçılar Qubaya səyahət edəcəklər. Quba dünyanın ən böyük dağ yəhudi icmalarından biri məskunlaşdığı Şimali Azərbaycanda yerləşir. Onlar yerli Dağ Yəhudiləri Muzeyini ziyarət edəcək və onun direktoru İqor Şaulovla danışacaqlar.